Makron və Le Pen prezident seçkilərinin ikinci turuna keçiblər

Fransanın hazırkı prezidenti Emmanuel Makron və ultra sağçı “Milli Birlik” partiyasının lideri Marin Le Pen prezident
seçkilərinin ikinci turuna keçiblər.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin
saytında bildirilib.

Səsvermə bülletenlərinin 89 faizinin hesablanmasından sonra
birinci turda E.Makron 27,4 faiz, Marin Le Pen 24,8 faiz, “İtaətsiz
Fransa” partiyasının lideri Jan-Lyuk Melenşon 20,8 faiz səs
toplayıb.