“Barselona” İspaniya La Liqasında məğlubiyyətsizlik seriyasını 15-ə çatdırıb

“Barselona” futbol klubu İspaniya çempionatının 31-ci turu
çərçivəsində səfərdə “Levante”ni məğlub edib.

AzerTimes-ın
məlumatına görə, Valensiyada keçirilən görüş 3:2 hesabı ilə başa
çatıb.

“Levante”nin heyətində qolları Xose Luis Morales (52-ci dəqiqə,
penaltidən) və Qonsalo Melero (83-cü dəqiqə) vurub. “Barselona”nın
heyətində Pyer-Erik Obameyanq (59), Pedri (63) və Lük de Yonq
(90+2) fərqlənib.

Xavinin yetirmələri ardıcıl 15 oyundur (11 qələbə və dörd
heç-heçə) ölkə çempionatında uduzmur. “Barselona” sonuncu dəfə
2021-ci il dekabrın 4-də səfərdə “Betis”ə məğlub olub (0:1).

Teqlər: