Makron Ukraynada bu sualdan yayındı

Makron Ukraynada bu sualdan yayındı

Ukrayna müqavimət göstərməli və müharibədə qalib gəlməlidir.

AzerTimes xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Almaniya və İtaliya liderləri ilə İrpinə səfəri zamanı deyib.

Jurnalistlərin “Rusiyanı alçaltmaq olmaz” kimi kəskin tənqid olunan bəyanatları ilə bağlı sualına Emmanuel Makron belə cavab verib:

“Fransa ilk gündən Ukraynanın yanındadır. Biz birmənalı olaraq ukraynalıların yanındayıq”.

Makron Ukraynanın rus barbarlığına qarşı qəhrəmanlığını alqışlayıb:

“Biz hamımız viran edilmiş şəhərin bu görüntülərini gördük, o da qəhrəman şəhərdir. Çünki ukraynalılar Kiyevə yürüş edən Rusiya ordusunu məhz burada dayandırıblar”.

Teqlər: