Makron Şərqi Avropadan üzr istədi

Makron Şərqi Avropadan üzr istədi

Fransa Prezidenti Emmanuel Makron Şərqi Avropa ölkələrindən üzr istəyib.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Makron bildirib ki, Fransa Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlamazdan əvvəl Kremlin aqressivliyi barədə xəbərdarlıq edərkən onlara daha çox diqqət yetirməli idi.

Fransa Prezidenti AB-nin şərq və qərb üzvləri arasında Rusiya ilə bağlı məsələlərdə davam edən fikir ayrılıqlarına toxunaraq, “köhnə” və “yeni” Avropaya bölünməyin yolverilməzliyini vurğulayıb:

“Bəziləri deyir ki, biz susmaqla fürsəti əldən vermişik. Düşünürəm ki, biz də sizi dinləmək fürsətini əldən verdik. İndi bunlar keçmişdə qaldı”.

Teqlər: