Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun da iştirak etdiyi Parisdə təşkil edilən kənd təsərrüfatı sərgisi döyüş meydanına çevrilmişdi.
AzerTimes xəbər verir ki, ötən gün fermerlərin polis səddini keçərək Makronun da iştirak etdiyi sərginin keçirildiyi məkana daxil olması gərginliyi artırıb.
Makronun görüş və danışıq təklifini qəbul etməyən fermerlər prezidenti fitə basıblar və ona tərəf gəliblər.
Mühafizəçilər fermerlərin yolunu kəssə də, qüvvələr qeyri-bərabər olduğundan, səhnə daha da dramatikləşib. Fermerlər həm jandarmalara, həm də məmurlara yumurta atıblar.
Makron isə məkandan təcili olaraq təxliyə edilib. Makron salondan elə qaçaraq çıxıb ki, hətta çaşmış cangüdənləri ona çatmaqda çətinlik çəkib.
Onun qaçış görüntüləri dünya mediasının gündəminə çevrilib.