Düşmənlər bizi islamdan qoparmaq istəyir – SEPAH komandiri

Düşmənlər bizi islamdan qoparmaq istəyir – SEPAH komandiri

İranlıları səsvermədən çəkindirmək üçün düşməncəsinə cəhdlər martın 1-də keçiriləcək ümummilli seçkilərdə xalqın fəallığı ilə nəticələnəcək.

AzerTimes xəbər verir ki, bu sözləri SEPAH komandiri Hüseyn Salami deyib.

“İran xalqı gələn cümə günü keçiriləcək parlament və Ekspertlər Məclisinə seçkilərdə daha bir siyasi dastan yaratmağa hazırdır”, – o bildirib.

General vurğulayıb ki, düşmənlər iranlıları islamdan qoparmaq, onların əzmlərini zəiflətmək və onları seçki qutusuna getməkdən çəkindirmək istəyirlər.

Teqlər: