Makron Qarabağdan danışardı, indi Ermənistana “keçdi”

Makron Qarabağdan danışardı, indi Ermənistana “keçdi”

Rusiya Azərbaycanla həmrəydir. Fransa Ermənistan xalqını dəstəkləyəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron TF-1 telekanalının efirində deyib.

Qarabağdakı vəziyyətdən danışan Makron Rusiyanın Azərbaycanı dəstəklədiyinə əminliyini bildirib.

Onun sözlərinə görə, Fransa Ermənistanın ərazi bütövlüyünü saxlaması üçün son dərəcə diqqətə izləyir:

“Biz Ermənistana siyasi və humanitar dəstəyi davam etdirəcəyik”, – Makron qeyd edib.

Teqlər: