Makron Putinlə telefonla danışmaq niyyətindədir

Fransa Prezidenti Emmanuel Makron bazar günü Rusiya Prezidenti
Vladimir Putinlə telefon danışıqları aparmaq niyyətindədir.

AzerTimes-ın “Agence France-Presse” agentliyinə istinadən verdiyi
məlumata görə, bu barədə Yelisey sarayından bildiriblər.

Məlumata əsasən, bir gün əvvəl, şənbə günü E.Makron Ukrayna
prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.


E.Makronun administrasiyasından bildiriblər ki, Avropa qitəsində
təhlükəsizlik sahəsində sabitliyi pozacaq qarşıdurmadan yayınmaq
üçün hər fürsətdən istifadə edilməlidir.