Makron prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Fransa prezidenti Emmanuel Makron bu ilin aprelində keçiriləcək
prezident seçkilərdə ikinci müddətə namizəd olmaq niyyətini rəsmən
təsdiqləyib.

AzerTimes-ın məlumatına görə, bu barədə Fransa KİV-ləri tərəfindən
yayılan E.Makronun məktubunda deyilir.

“Yeni prezident mandatı üçün etimad göstərməyinizi xahiş
edirəm”, – deyə məktbuda bildirilir.