ABŞ Peskov və bir sıra Rusiyalı iş adamına qarşı sanksiyalar tətbiq edib

ABŞ 19 Rusiyalı iş adamı və onlarla əlaqəli 47 şəxsə, həmçinin
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskova
qarşı sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən
məlumatda deyilir.

Məlumata əsasən, sanksiyalar siyahısına Nikolay Tokarev, Boris
Rotenberq, Arkadi Rotenberqlər Sergey Çemezov, İqor Şuvalov, Evgeni
Priqojin və Alişer Usmanov da daxil edilib.

Bildirilir ki, ABŞ “19 rusiyalı oliqarx, onların 47 ailə üzvü və
onlarla yaxından əlaqəli şəxslərə” qarşı viza məhdudiyyətləri
tətbiq edir.