Makron ölkəsinin Ukraynada sülhün qurulmasının qarantı olmağa hazır olduğunu bildirib

Fransa prezidenti Emmanuel Makron ölkəsinin Ukraynada atəşkəsdən
sonra sülhün qurulmasında qarant rolunu oynamağa hazır olduğunu
açıqlayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa lideri
bu barədə yerli qəzetə müsahibəsində deyib.

“Vaxt gələcək və atəşkəs olacaq. O zaman biz sülh qurmalı
olacağıq. Bu, zaminsiz həyata keçirilə bilməz və Fransa belə
qarantlardan biri olmlıdır”, – Makron bildirib.

O vurğulayıb ki, nəticələrindən asılı olmayaraq, Rusiya
prezidenti Vladimir Putinlə telefon danışıqlarını davam etdirməyə
hazırdır, çünki bu, Parisə vasitəçi statusunu saxlamağa imkan
verir.

Teqlər: