Avropa müdafiə olunmaq istəyirsə, özünü silahlandırmalı və burada istehsal potensialını sürətləndirməlidir.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron deyib.
O, eyni zamanda Avropa Hava-Müdafiə Konfransının başladılmasını zəruriliyini ifadə edib.
Bundan əlavə, Ukrayna böhranına toxunan Makron bildirib ki, Qərb Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırdır:
“Ukraynalıların özlərini müdafiəsi üçün dəstəyimizi və səylərimizi artırmalıyıq”.