Kəraçidə polis bölməsinə hücum: ölənlər var

Kəraçidə polis bölməsinə hücum: ölənlər var

Pakistanın Kəraçi şəhərində polis bölməsinə hücum nəticəsində 2 polis həlak olub, 11 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, silahlılar basqın zamanı partladıcı qurğulardan istifadə ediblər.

Təhlükəsizlik qüvvələri bir neçə saatdan sonra binanı silahlılardan təmizləyib və üç yaraqlını öldürüb.

Talibanın Pakistandakı qolu “Təhriki-Taliban Pakistan” (TTP) terror təşkilatı hücuma görə məsuliyyəti üzərinə götürdüyünü bildirib.

Teqlər: