Makron ikinci dəfə prezident seçildikdən sonra ilk telefon danışığını aparıb

Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri Olaf Şoltsla
yenidən prezident seçildikdən sonra ilk telefon danışığını
aparıb.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər
yayıb.

Agentlik bildirir ki, Almaniya kansleri E.Makronu yenidən
seçilməsi münasibətilə təbrik etmək üçün zəng edib və qeyd edib ki, “bu, Fransa-Almaniya dostluğunun sübutu olan ilk telefon
zəngidir”.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu başa
çatıb. Ölkənin Daxili İşlər Nazirliyinin ilkin məlumatlarına görə,
bülletenlərin 80 faizinin hesablanmasından sonra E.Makron 54,81
faiz, M.Le Pen isə 45,19 faiz səs toplayıb. Le Pen Makrona zəng
edərək seçkilərdə məğlub olduğunu etiraf edib.