Makron birinci turda səslərin 65 faizini hesablayandan sonra irəlidədir

Fransanın hazırkı prezidenti Emmanuel Makron, ilkin məlumatlara
görə, prezident seçkilərinin birinci turunda səslərin 65 faizini
hesablayandan sonra 27,03 faiz səs toplayaraq irəlidədir.

AzerTimes-ın
məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi
bildirib.

Məlumata əsasən, ikinci yerdə 26,88 faiz səs toplayan “Milli
Birlik” partiyasından olan namizəd Marin Le Pendir.

Öz növbəsində, “İtaətsiz Fransa”nın lideri Jan-Lük Melenşon
üçüncü yerdə qalmaqda davam edir. O, ilkin məlumatlara görə,
təxminən 18,9 faiz səs toplayıb.

Teqlər: