ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana gəlişi kimi səfərlər yalnız münaqişələri qızışdırmağa xidmət edir.
AzerTimes TASS-a istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey BMT Baş Assambleyasının 77-ci sessiyasında çıxışı zamanı deyib.
“Bu cür səfərlər münaqişələrin yumşaldılması ilə deyil, əksinə, kəskinləşməsi ilə əlaqələndiriləcək”, – V.Makey bildirib.