Mahnıya görə müəllim işdən çıxarıldı

Mahnıya görə müəllim işdən çıxarıldı

Qaimşəhrdə məktəb şagirdlərinin mahnı oxuduğu videonun yayılmasından sonra Mazandaranda təhsil müdiri müəllimin işdən çıxarılmasını və məktəbin lisenziyasının ləğvini tələb edib.

AzerTimes İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, təhsil idarəsinin müdiri Hüseyn Kəmali tələbələrin oxuduqları mahnını “vulqar mahnı” adlandırıb.

“Əyalət Təhsil Nəzarət Şurasının qərarı və səsverməsi əsasında məktəb direktoruna yazılı xəbərdarlıq edilib və yəqin ki, məktəbin lisenziyası ləğv ediləcək. Müşahidə şurası müəllimin diskvalifikasiya edilməsinə və onunla işləməyə son qoyulmasına səs verib”, – Kəmali deyib.

Teqlər: