Kreml Nikolun xəyanətindən danışır, Zatulin Bakıya hücum edir…

Kreml Nikolun xəyanətindən danışır, Zatulin Bakıya hücum edir…

Ermənistanın Rusiyaya qarşı xəyanəti, Baş nazir Nikol Paşinyanın Rusiya lideri Vladimir Putini ələ salmaq səviyyəsində aldatması müzakirə mövzusu ikən, ermənipərəst rus deputat Konstantin Zatulin Azərbaycana qarşı absurd ittihamlar səsləndirib.

AzerTimes xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB İşləri üzrə komitə sədrinin birinci müavini Zatulin Azərbaycanın guya Ukraynaya silah, 2022-ci ildə istehsal olunan “minalar verdiyini”, Rusiyanın isə buna göz yumduğunu bildirib.

“Biz bunlara göz yummağa məcburuq, münasibətlərin gərginləşməsini istəmirik. Amma vaxtaşırı cavab verməliyik”, – Zatulin deyib.

O, Bakıya qarşı şər və böhtanına davam edərək, “Moskva Ukraynaya qonşu dövlətlərin dəstəyinə cavab verməsə, Rusiyaya artıq hörmət edilməyəcək. Mən indi təkcə Azərbaycan haqqında deyil, həm də Qazaxıstan və digər ölkələrlə bağlı danışıram”, – o vurğulayıb.

Zatulinin məhz indi bu yalanı səsləndirməsi onun erməni diasporunun pulu ilə danışdığını aydın şəkildə ortaya qoyur. Çünki hazırda məhz Ermənistanın Rusiyaya xəyanət etdiyi və Putini aldatdığı ciddi müzakirə mövzusudur. Belə ki, bir müddət öncə Avropa Birliyinin Ermənistana əvvəlcə iki aylıq missiya göndərdiyinə Nikol Paşinyanın razılığı mübahisələndirilmişdi. Həmin zaman İrəvan buna missiyanın mülki olduğu və cəmi 2 ay davam edəcəyi açıqlamasını vermişdi.

Bunun ardınca isə AB Ermənistana 2 illik, həm də daha geniş tərkibli “missiya” göndərmək qərarı verdi. Nikol Paşinyan Rusiya liderinə bu barədə hesabatında bu missiyanın da mülki olduğunu israrla bildirmişdi.

Ancaq qısa müddətdən sonra missiyanın tərkibində Fransa və Almaniya polisinin olduğu rəsmən elan edildi. Hazırda Ermənistanın özündə bu məsələ ciddi qalmaqal yaradıb, əksər politoloq bunu AB-nin Cənubi Qafqazda Ermənistan vasitəsilə Rusiyaya meydan oxuması kimi şərh edir.

Belə bir ciddi gərginlik vaxtı Zatulinin Rusiyanın belə dövlət maraqlarına zidd olaraq, yenə də Ermənistanı müdafiə etməsi bu korrupsiyalaşmış, erməni pulu ilə danışan şəxsin mahiyyətini ortaya qoyur.

Teqlər: