Mahmudov Şotlandiya klubuna transfer oluna bilər

Mahmudov Şotlandiya klubuna transfer oluna bilər

“Neftçi”nin futbolçusu Emin Mahmudov karyerasını Şotlandiyada davam etdirə bilər.

AzerTimes Qol.az-a istinadən xəbər verir ki, bu barədə “Deyli Rekord” məlumat yayıb.

Bildirilib ki, “Harts” millimizin üzvü ilə maraqlanır. Gələn yay Bakı təmsilçisi ilə müqaviləsi başa çatan oyunçunun “Harts”da orta xəttdə problemləri aradan qaldıra biləcək yarımmüdafiəçi ola biləcəyi vurğulanıb.

Xəbərdə E.Mahmudovun 2021-ci ildə Azərbaycanda ilin ən yaxşı oyunçusu seçildiyi xatırladılıb.

Qeyd edək ki, “Harts” Şotlandiya Premyer Liqasında hazırda 14 xalla 7-ci pillədə qərarlaşıb.

Teqlər: