Mahirin komandasından növbəti qələbə

Mahirin komandasından növbəti qələbə

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında 8-ci tur oyununa çıxıb.

AzerTimes xəbər verir ki, Zaqreb təmsilçisi evdə “Riyeka” ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qalib gəlib. M.Emreli sözügedən oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 77-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, “Dinamo” hazırda turnir cədvəlində 22 xalla liderdir. “Riyeka” isə 5 xalla sonuncu 10-cu pillədə qərarlaşıb.

Teqlər: