Mahir Emreli koronaya yoluxdu

Mahir Emreli koronaya yoluxdu

Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emreli koronavirusa yoluxub.

AzerTimes xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında məlumat verib.

69 yaşlı mütəxəssis Emreli ilə yanaşı daha 4 oyunçuda virus aşkarlandığını söyləyib.

Çaçiç həmin şəxslərin XIV turda “Hayduk”la səfər görüşündə iştirak etməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək “Hayduk” – “Dinamo” qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Teqlər: