Mahir ehtiyatda qaldı, komandası “Milan”la bacarmadı

Mahir ehtiyatda qaldı, komandası “Milan”la bacarmadı

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha 2 matçı baş tutub.

AzerTimes xəbər verir ki, E qrupunda millimizin futboçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası İtaliyada “Milan”a 3-1 hesabı ilə məğlub olub.

Digər oyun F qrupunda Ukraynanın “Şaxtyor” (Donetsk) və Şotlandiyanın “Seltik” komandaları arasında olub. Görüşdə qalib müəyyənləşməyib – 1:1.

Teqlər: