Mahaçqala-Bakı aviareysi ləğv edildi

Mahaçqala-Bakı aviareysi ləğv edildi

Rusiyanın “Utair” aviaşirkəti tərəfindən həyata keçirilən Mahaçqala-Bakı istiqamətində aviareyslər ləğv edilib.

AzerTimes xəbər verir ki, məlumatı şirkət yayıb.

Bildirilir ki, bu istiqamətdə uçuşlar Azərbaycan hökümətinin təşəbbüsi ilə ləğv edilib.

Qeyd edək ki, uçuşlar “Utair” aviaşirkəti tərəfindən “Boeing-737-500” təyyarələri vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulurdu. Uçuşlar iyunun 3-dən başlayaraq, cümə və bazar günləri yaz-yay dövrünün sonuna qədər həyata keçirilməsi planlaşdırılırdı.

Teqlər: