Dövlət İmtahan Mərkəzi (DİM) 2022/2023-cü tədris ili üçün ali
təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul
imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat başa
çatıb.
Bu barədə Trend-ə DİM-dən məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan bölməsi üzrə 19372, rus bölməsi üzrə
1731 nəfər olmaqlar cəmi – 21103 nəfər ərizəsini təsdiq edib.
İkinci cəhd imtahanına qeydiyyatdan keçənlərin sayı isə
Azərbaycan bölməsi üzrə 13760, rus bölməsi üzrə 1079 nəfər olmaqla
cəmi – 14839 nəfər olub.