Gəncədə mağazadan oğurluq etmək istəyən şəxs cinayət başında
saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, aprelin 1-də gecə saatlarında Baş Mühafizə
İdarəsinin Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil
olub. Gəncə Regional Mühafizə İdarəsinin xidmətdə olan əməkdaşları
qısa vaxt ərzində hadisə yerinə çatıblar. Obyektə baxış zamanı
mağazanın arxa pəncərəsinin naməlum şəxs tərəfindən sındırıldığı və
içəriyə daxil olunduğu müəyyən edilib. Həmin cinayəti törətməkdə
şübhəli bilinən şəxs hadisə yerindən qaçmaq istəyərkən mühafizə
polisinin əməkdaşlarının çevikliyi sayəsində saxlanılıb və ərazi
üzrə Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. İstinaq zamanı
mağazaya daxil olan şəxsi Gəncə şəhər sakini İlham Zeynalabdıyev
müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir