Bu gün İspaniyanın paytaxtı Madriddə 30 mindən artıq insan hökumətə qarşı etiraz aksiyası keçirib.
AzerTimes xəbər verir ki, mitinq şəhər meriyasının yerləşdiyi Sibeles meydanından başlayıb. Aksiya iştirakçıları “Sançes – istefa!” və “Sançes – həbsxana!” şüarlarını səsləndirərək, hökuməti və hazırkı Baş nazir Pedro Sançesi istefaya çağırıblar.
Aksiyanın təşkilatçıları “demokratiyanı, Konstitusiyanı, azad və qanun qarşısında bərabər vətəndaşlardan ibarət İspaniyanı müdafiə etməyə” çağıran manifest səsləndiriblər.