Moskvada hərbi təlim keçirildi

Moskvada hərbi təlim keçirildi

Moskva vilayətində Qərb Hərbi Dairəsinin zenit raket briqadasının şəxsi heyəti ilə təlim keçirilib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təlim Moskva bölgəsində mühüm hərbi və inzibati obyektlərə hava hücumlarını dəf etmək üçün keçirilib.

Təlimdə 150-dən çox hərbi qulluqçu və 30-dan çox silah və texnika iştirak edib.

Teqlər: