Macarıstanın XİN rəhbəri Azərbaycana səfərə gəlib

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfərə gəlib.

AzerTimes-ın məlumatına görə, bu barədə macarıstanlı nazir özünün “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, bu gün o, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla nahar edəcək.

“Sabah birgə iqtisadi komitə, biznes forum və enerji məsələləri ilə bağlı danışıqlar baş tutacaq”, – deyə nazir bildirib.

Teqlər: