Macarıstandan Ukrayna ilə bağlı qərar

Macarıstandan Ukrayna ilə bağlı qərar

Macarıstan taxılın həqiqətən təyinat ölkələrinə çatmasına və Mərkəzi Avropa bazarlarında qalmamasına əmin olmaq üçün öz ərazisindən tranzit keçən Ukrayna taxılına nəzarəti gücləndirmək qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Macarıstanın kənd təsərrüfatı naziri İştvan Nad məlumat verib.

Nazir bildirib ki, bu tədbirlər Ukraynanın kənd təsərrüfatı məhsullarının yerli bazarlara dempinq qiymətləri ilə tədarükü nəticəsində zərər çəkən avropalı fermerlərin maraqlarını qorumaq üçün zəruridir.

Teqlər: