Macarıstanda qatar yük maşını ilə toqquşub, ölən və yaralananlar var

Macarıstanın cənubundakı Mindsent şəhərində qatar yük avtomobili
ilə toqquşub.

Trend-in
məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər həlak olub. Bir
neçə nəfərin xəsarət aldığı deyilir.

Qeyd olunur ki, toqquşma nəticəsində qatarın bir neçə vaqonu
relslərdən çıxaraq aşıb. Hazırda hadisə yerində axtarış-xilasetmə
işləri aparılır. Ölən və yaralananların sayının artması istisna
olunmur.

Polisin məlumatına əsasən, qəza yük avtomobilinin qırmızı işığa
baxmayaraq, dəmir yoluna çıxması nəticəsində baş verib.