Macarıstan taxılı qadağan etdi, lakin… – Ukraynalı nazir

Macarıstan taxılı qadağan etdi, lakin… – Ukraynalı nazir

Budapeşt taxıl idxalına müvəqqəti qadağa qoysa da, macar tərəfi Ukrayna kənd təsərrüfatı məhsullarının tranzitini təmin etməyə davam edəcək.

AzerTimes xəbər verir ki, bunu Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Mikola Solski deyib.

O bildirib ki, macar həmkarı ilə Ukraynanın kənd təsərrüfatı məhsullarının Macarıstana ixracı ilə bağlı vəziyyəti müzakirə edib:

“Macarıstanın kənd təsərrüfatı naziri əmin edib ki, Ukrayna kənd təsərrüfatı məhsullarının tranziti gələcəkdə də davam etdiriləcək”.

Ukraynalı nazir birtərəfli qərarların qəbuledilməzliyinə işarə vurub, həmçinin müvafiq mövzu üzrə danışıqları davam etdirməyə çağırıb.

Teqlər: