Macarıstan Azərbaycandan enerji ehtiyatlarının tədarükünə
sadiqdir.
AzerTimes-ın məlumata görə, bunu Macarıstanın xarici işlər və
ticarət naziri Peter Siyarto Bakıda keçirilən 27-ci Enerji
Forumunda deyib.
“Biz istəyirik ki, Azərbaycan qazı Avropanın əsas qazına
çevrilsin. Lakin bu ideyanı həyata keçirmək üçün Xəzər regionunun
infrastrukturunu və potensialını inkişaf etdirmək lazımdır”, –
nazir bildirib.
Onun sözlərinə görə, Avropa yeni tədarüklər üçün mövcud
infrastrukturu necə inkişaf etdirəcəyini düşünməliyik.
P.Siyarto əlavə edib ki, enerji qiymətləri, eləcə də boru
kəmərlərinin çatışmazlığı bu prosesi çətinləşdirir.
(Tərcümə: Orxan Nəbiyev)