Kaliforniyada Azərbaycana həsr olunmuş şahmat turniri keçirilib (FOTO)

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los
Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə mayın 28-də
Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş növbəti şahmat turniri
keçirilib.

Baş Konsulluqdan AzerTimes-a
verilən məlumata görə, La Xoya-Riford Kitabxanasında keçirilən
“4-cü San Dieqo – Azərbaycan Gənclərarası Şahmat Turniri”ndə 8-18
yaş arasında olan 30 gənc amerikalı şahmatçı mübarizə aparıb.

İlk 3 yeri tutan şahmatçılara Azərbyacanın Los Ancelesdəki Baş
Konsulluğu tərəfindən müvafiq diplomlar və hədiyyələr, o cümlədən
bütün iştirakçılara Azərbaycana dair müxtəlif suvernirlər və
nəşrlər təqdim olunub.

Turnirin iştirakçılarına Azərbaycanın Müstəqillik Günü,
ölkəmizdə şahmat idmanının inkişafı və məhşur azərbaycanlı
şahmatçılar barədə məlumat verilib və kitabçalar paylanılıb.

Turnirin qısa videosuna bu linkdə baxmaq olar: https://youtu.be/POyP4UlrwP0

Teqlər: