Macarıstan azad olunan ərazilərdə minaların təmizlənməsinə xüsusi diqqət yetirir – Nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Macarıstanlı həmkarımla görüşümdə vurğulandı ki, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri istiqamətində ən böyük çətinliklərdən biri minaların təmizlənməsidir. Macarıstan tərəfi bu məsələyə xüsusi diqqət yetirir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, macarlar bir il bundan əvvəl minatəmizləmə işlərinə könüllü şəkildə töhfə veriblər.

Teqlər: