Maaş alan kimi məzar yeri götürəcəm – Video

Maaş alan kimi məzar yeri götürəcəm – Video

Məndən 1 yaş balaca qardaşım var. Bu yaxınlarda dedi ki, gedək özümüzə dəfn üçün yer götürək. Dedim ki, gözlə maaşımı alım gedərik, pulu alan kimi gedəcəm. Düzdür, ora çatmayacaq, amma behini verəcəm.

AzerTimes xəbər verir ki, bu sözləri Xalq artisti Vidadi Həsənov Speys TV-də yayımlanan “Açıq söhbət” verilişində bildirib.

Sənətçi əlavə edib ki, müəyyən bir yaş dövrü olur ki, insanlar ölüm haqda düşünmürlər:

“Ölümü düşünmədən yaşayanda insanlar elə bilirlər ki, ölməzdirlər. Ölməzlik sindromu olanda insanlar çox azğın və qəddar olur. Elə bilirlər ki, hər şey onlar üçün yaranıb”.

Teqlər: