Luqanskda rusların bütöv batareyası məhv edildi

Luqanskda rusların bütöv batareyası məhv edildi

Ukrayna ordusu Luqansk vilayətinin Nevskoye kəndində 5 ədəd 152 mm-lik “Msta-S” özüyeriyən artilleriya qurğusundan ibarət bütöv bir batareyanı məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə ukraynalı jurnalist Yuri Butusov məlumat yayıb.

Jurnalistin məlumatına görə, zərbələrin HİMARS sistemləri ilə endirildiyi ehtimal olunur. “Msta-S”lərlə yanaşı onlar üçün sursat daşıyan iki yük maşını da məhv edilib.

Teqlər: