Luqanska şəhərinə raket hücumu edildi

Luqanska şəhərinə raket hücumu edildi

Ukrayna Silahlı Qüvvələri Luqanska şəhərinə 3 raket zərbəsi endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat verib.

Məlumata əsasən, baş verən bir neçə partlayış nəticəsində yaxınlıqdakı evlərin şüşələri sınıb. Yanğından çıxan tüstü şəhərin mərkəzindən də görünüb.

Hücum zamanı 2 “Storm Shadow” raketindən istifadə olunduğu bildirilib.

Teqlər: