Lüksemburqun baş naziri Ksavye Bettel koronavirusa yoluxub.
AzerTimes-ın “Luxemburger Wort” nəşrinə istinadən verdiyi məlumata görə, baş nazir 10 gün karantində qalacaq və öz vəzifəsini məsafədən icra edəcək.
Məlumata əsasən, K.Bettel xəstəliyi yüngül formada keçirir.
Qeyd edək ki, Lüksemburqun baş nazirinə mayın əvvəlində vaksinin birinci dozası vurulub, ikinci doza isə gələn həftə vurulmalı idi.