Ferstappen Ştiriya Qran Prisinin qalibi olub

Xəbər - Trend:

“Red Bull” komandasından niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Ştiriya Qran Prisinin qalibi olub.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Qran Prini ikinci yerdə “Mercedes” komandasının britaniyalı pilotu Lyuis Hemilton başa vurub.


Yarışda üçüncü yeri L.Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas tutub.

Teqlər: