“Lukoyl”un keçmiş top meneceri narkotikdən ölüb

“Lukoyl”un keçmiş top meneceri narkotikdən ölüb

May ayında Moskva vilayətinin Mıtişi şəhərindəki evində meyiti tapılan “Lukoyl”un keçmiş top meneceri Vladimir Subbotinin ölümü ilə bağlı məlumatlar ortaya çıxıb.

AzerTimes xəbər verir ki, “Baza” Teleqram kanalının yaydığı məlumata görə, Subbotinin ölümünə alkoqol zəhərlənməsi və narkotik səbəb olub.

Məlumata görə, keçmiş top menecer vəziyyəti pisləşdikdən sonra onu sağaltması üçün tanınmış şamana müraciət edib. Amma şaman onu sağalda bilməyib, Subbotin evinin zirzəmisində keçinib.

Ekspertizanın rəyinə görə, Subbotinin qanında alkoqol və kokainlə yanaşı, paraçetamol, fenoborbital, drotaverin, feniramin də aşkarlanıb.

Teqlər: