Lukaşenkodan tapşırıq: TŞ ordunu yoxladı

Lukaşenkodan tapşırıq: TŞ ordunu yoxladı

Belarus Təhlükəsizlik Şurasının Dövlət Katibliyi Prezident Aleksandr Lukaşenkonun göstərişinə əsasən, ölkənin Silahlı Qüvvələrinin yoxlanılmasına başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti öz Teleqram kanalında məlumat yayıb.

“Oktyabrın 11-dən Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət Katibliyi Prezidentin tapşırığına uyğun olaraq Belarus Silahlı Qüvvələrində yoxlama aparır. Bu, hərtərəfli xarakter daşıyır və ən mühüm məsələləri əhatə edir”, – Müdafiə Nazirliyinin məlumatında deyilir.

Teqlər: