Ərdoğan və Putin bunları müzakirə edəcək

Ərdoğan və Putin bunları müzakirə edəcək

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin 13 oktyabrda Astanada keçirilməsi planlaşdırılan danışıqlarda qida sazişini, Ukraynadakı vəziyyəti və enerji əməkdaşlığını müzakirə edəcəklər.

AzerTimes xəbər verir ki, bu barədə RİA Novosti Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Bütün geniş spektrli məsələlər: ərzaq sövdələşməsi, Ukraynadakı vəziyyət, enerji sahəsində əməkdaşlıq, ikitərəfli əlaqələr danışıqların gündəmində olacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, Ərdoğanla Putinin 12 oktyabrda görüşəcəyi bildirilsə də, Kreml sözçüsü Dmitri Peskov görüşün 13 oktyabrda olacağını deyib.

Teqlər: