Lukaşenko açıqladı: Bu halda müharibəyə qoşulacağıq!

Lukaşenko açıqladı: Bu halda müharibəyə qoşulacağıq!

Yalnız Belarusa hücum olacağı təqdirdə ruslarla birlikdə döyüşə bilərik.

AzerTimes xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə xarici jurnalistlərlə mətbuat konfransında deyib.

Lukaşenko Belarusun Rusiya ilə müharibəyə qoşulma ehtimalı ilə bağlı bunları qeyd edib:

“Yalnız bir halda mən ruslarla birgə döyüşməyə hazıram – əgər bir əsgər belə mənim xalqımı öldürmək üçün silahla torpaqlarımıza gəlsə”.

Ölkəsinə hücum olacağı təqdirdə ən sərt şəkildə cavab verəcəklərini dilə gətirən Lukaşenko bildirib ki, müharibə tamamilə fərqli bir xarakter alır.

Teqlər: