Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə
təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə prosesi
başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Vüsal Axundov 14 il azadlıqdan məhrum olunub.
Xatırladaq ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsə 16
il cəza istəmişdi.
İttihama görə, Vüsal Axundov sahibkar əmisi oğlu Emin Axundovun
12 milyon manatlıq pul və əmlakını ələ keçirib.
O, əmisi oğluna kriminal avtoritet “Lotu Quli” ləqəbi ilə
tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu
gəlib.