Azərbaycan-Qazaxıstan Ekspert Şurasının yaradılması barədə memorandum imzalanıb (FOTO)

Xəbər - AzerTimes:

Mayı 23-də Bakıda Azərbaycan-Qazaxıstan Ekspert Şurasının
yaradılması barədə memorandum imzalanıb.

AzerTimes-in
məlumatına görə, sənədi Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və Qazaxıstanın
Strateji Araşdırmalar İnstitutunun direktoru Yerkin Tukumov
imzalayıb.

Tədbirdə, həmçinin Qazaxıstanın Azərbaycandakı səfiri Serjan
Abdıkarimov iştirak edib.

Teqlər: