Londonda yaşayan soydaşlarımız Xocalı soyqırımı qurbanlarına ithaf olunan klipi təqdim ediblər

London şəhərində yaşayan soydaşlarımız Xocalı soyqırımı
qurbanlarına ithaf etdikləri “Chiquilin de Bachin” əsərinin
videoklipini təqdim ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata
görə, Xocalı soyqırmının 30-cu ildönümü ərəfəsində lentə alınmış
klipdə əsəri Səadət Fərziyeva (piano), Rasim Fərziyev (kamança) və
Tereza Mostallino (kamança) ifa ediblər. Tereza diaspor üzvümüz
Nərminə Məmmədovanın qızıdır.

Videoklipdə 613 Xocalı qurbanının fotosu və Xocalı soyqırımı
barədə qısa məlumat da yerləşdirilib.

Tanqo janrında bəstələnmiş mahnının müəllifləri argentinalı
bəstəkar Astor Pyatsolla (Astor Piazzolla) və şair Horasio
Ferrerdir (Horacio Ferrer).


Videoklipi aşağıdakı link vasitəsilə izləmək mümkündür:

https://www.youtube.com/watch?v=V2qoggUlrkk

Teqlər: