London ruslar üçün təhlükəsiz olmayacaq – Səfir

London ruslar üçün təhlükəsiz olmayacaq – Səfir

Britaniya Ukraynanın işğalından sonra rus oliqarxlarına qarşı ardıcıl olaraq sanksiyalar tətbiq edir. London artıq onlar üçün təhlükəsiz sığınacaq olmayacaq.

AzerTimes xəbər verir ki, bu barədə Böyük Britaniyanın Ukraynadakı səfiri Melinda Simmons deyib.

Səfir bildirib ki, Britaniyada baş nazir postuna hər iki namizəd Liz Trass və Rişi Sunak bu mövzuda qətiyyətlidir:

“Rişi Sunak maliyyə naziri kimi də sanksiya rejiminə rəhbərlik edirdi. Liz Trass özü bir neçə dəfə deyib ki, Putini dəstəkləyənlərə, pulu, sərvəti və aktivləri Böyük Britaniyada olanlara qarşı sanksiyaları ikiqat artırmalıyıq. Hazırda sanksiyaya məruz qalan 1100 nəfərin aktivləri dondurulur və onlara səfər etmək qadağandır. Nəqliyyat qadağasına məruz qalan şirkətlər var. Rusiya təyyarələri, Rusiya gəmiləri Britaniya limanlarına enə bilmir”.

Teqlər: