London polisindən baş nazir Sunaka xəbərdarlıq

London polisindən baş nazir Sunaka xəbərdarlıq

Böyük Britaniyanın baş naziri Rişi Sunak və ailəsi paytaxt Londondakı Hyde Parkda itlərini ipsiz gəzdirdiklərinə görə polis tərəfindən onlara xəbərdarlıq edilib.

AzerTimes Manset.az-a istinadən xəbər verir ki, İngiltərə Baş naziri Rişi Sunak və həyat yoldaşı Akşata Murtinin Nova adlı itlərini paytaxt Londondakı Hyde Parkda gəzdirərkən çəkilən videonun sosial mediada paylaşılmasından sonra London Polisi açıqlama yayıb.

Açıqlamada parkda olan bir polis məmurunun vəziyyətə müdaxilə etdiyi, baş nazirin xanımı ilə danışaraq qaydaları bir daha xatırlatdığı deyilib.

Mövzu ilə bağlı Sunakdan açıqlama gəlməyib.

Teqlər: