Böyük Britaniyanın paytaxtı Londonda Vestminster magistrat
məhkəməsi “Wikileaks” saytının təsisçisi Culian Assanjın ABŞ-a
ekstradisiya olunması ilə bağı qərar verib.
Trend-in
məlumatına görə, bu barədə məhkəmənin açıqlamasında deyilir.
Qeyd olunur ki, bundan sonra C.Assanjın ABŞ-a təhvil
verilib-verilməməsi ilə bağlı yekun qərarı Böyük Britaniyanın
daxili işlər naziri Priti Patel verəcək.
Eyni zamanda, C.Assanj bu qərarla bağlı Londonun Yüksək
məhkəməsinə apellyasiya şikayəti verə bilər.
Xatırladaq ki, C.Assanj ABŞ hökuməti tərəfindən məxfi
məlumatların ictimailəşdirilməsində ittiham olunur. Ona ABŞ-a
ekstradisiya olunacağı təqdirdə 175 il müddətinə həbs cəzası verilə
bilər.