Çin Azərbaycandan keçməklə Avropaya yük göndərəcək

Çin hakimiyyəti Sian şəhərindən (Şensi əyalətinin
şimal-qərbində) Almaniyanın Manhaym şəhərinə yük qatarları üçün
yeni marşrut açır.

Trend Rusiya
KİV-lərinə istinadən xəbər verir ki, Sian Gömrük İdarəsinin rəsmi
saytındakı açıqlamaya görə, bu marşrut, həmçinin, qarışıq dəmiryolu
və dəniz nəqliyyatından istifadə etməklə Qara dəniz və Xəzər
dənizlərindən keçəcək.

Sənəddə qeyd olunan məlumata əsasən, 316 ton ağırlığında 42
konteynerlə yüklənmiş ilk qatar aprelin 13-də Sian şəhərindən yola
düşüb. Bildirilir ki, qatar Qazaxıstan, Azərbaycan, Gürcüstan,
Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçərək ümumilikdə
11,3 min km məsafə qət edəcək və nəticədə Manhaym şəhərinə
çatacaq.

Yeni marşrutun əvvəllər Çin-Avropa istiqaməti üzrə az sayda
qatarın keçdiyi ölkələri və regionları əhatə edəcəyi və həm Çin,
həm də beynəlxalq şirkətlər üçün yeni bazarlar açacağı
bildirilir.

“ADY Container”dən Trend-ə verilən məlumata görə, qatar Qazaxıstanın
Aktau limanına çatdıqdan sonra konteynerlər fider gəmisi vasitəsilə
Bakı limanına göndəriləcək. Limanda konteynerlər aşırıldıqdan sonra
qatar Gürcüstanın Poti limanına yola salınacaq. Sonra isə Qara
dəniz vasitəsilə Avropaya çatdırılacaq.

Teqlər: